Azərbaycan birinci rübdə Gürcüstan iqtisadiyyatına 15,4 milyon dollar sərmayə yatırıb

11-06-2019, 07:00
0
Жалоба

Cari ilin ilk rübündə Azərbaycan Gürcüstan iqtisadiyyatına 15,4 milyon dollar investisiya yatırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin rüblük hesabatında deyilir.
Bildirilir ki, cari ilin yanvar-mart aylarında Azərbaycanın yatırdığı sərmayə Gürcüstan iqtisadiyyatına qoyulmuş birbaşa xarici investisiyaların 5,5 faizini təşkil edib. Bu göstərici ilə Azərbaycan Gürcüstan iqtisadiyyatına sərmayə yatıran xarici investorlar sırasında 6-cı yerdə qərarlaşıb.
Keçən ilin ilk rübü ilə müqayisədə Azərbaycanın Gürcüstana yatırdığı investisiyaların həcmi 41,2 milyon dollar və ya 72 faiz azalıb.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Mənbə: http://www.azertag.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация