IX Şairlər günü: Əli Kərim və Abdurrəhim Karakoçun xatirəsi anılıb

11-06-2019, 08:00
0
Жалоба

Sumqayıtdakı Poeziya evində Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Sumqayıt bölməsi, Gənc Şairlər Birliyi, Sumqayıt Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə IX Şairlər günü çərçivəsində Əli Kərim və Abdurrəhim Karakoçun xatirəsinə həsr olunan tədbir keçirilib.
Tədbirdə Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi (İLESAM), Türkiyə və Azərbaycan iş adamları və Sənayeçilər İctimai Birliyinin nümayəndələri də iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Poeziya evinin direktoru İbrahim İlyaslı Azərbaycan-Türkiyə-Qazaxıstan qardaşlığının, birliyinin qədim köklərə söykəndiyini, bu birliyin əbədi və sarsılmaz olduğunu qeyd edib.
Milli Məclisin deputatı Qənirə Paşayeva, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı, AYB Qubadlı Regional bölməsinin sədri Namiq Məna və digərləri Əli Kərim və Abdurrəhim Karakoçun yaradıcılığından danışıblar.
İLESAM-ın rəhbəri Mehmet Nuri Parmaksız Türkiyə və Azərbaycan arasında yaranmış ədəbi körpünün türk dünyası yazarlarının bir–birini tanımasına vəsilə olduğunu söyləyib. O, bu gün belə genişmiqyaslı ədəbi əlaqələrin yaranmasının təqdirəlayiq olduğunu deyib.
AYB Sumqayıt Bölməsinin sədri Gülnarə Cəmaləddin ölkəmizdə ədəbiyyata, mədəniyyətə, sənət adamlarına göstərilən diqqət və qayğını yüksək dəyərləndirərək Sumqayıtda gedən irimiqyaslı abadlıq–quruculuq işlərindən söz açıb, şəhərin 70 illik yubileyi ərəfəsində qardaş Türkiyə və Qazaxıstan qələm adamlarının səfərinin Sumqayıtın ədəbi mühiti üçün ikiqat bayrama çevrildiyini vurğulayıb.
Sonra tədbirdə iştirak edən şairlər öz şeirlərini söyləyiblər.

Mənbə: http://www.azertag.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация