Nazir müavini Masallı, Yardımlı və Cəlilabad rayon sakinlərinin videoqəbulunu keçirəcək

12-06-2019, 03:30
0
Жалоба

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva iyunun 13-də saat 16:00-da Masallı, Yardımlı və Cəlilabad rayon sakinlərini canlı video bağlantı (videoqəbul) vasitəsilə qəbul edəcək. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Videoqəbula yazılmaq istəyən vətəndaşlar 12 iyun 2019-cu il saat 18:00-dək Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonu ilə əlaqə yaradaraq, nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olaraq (http://edu.gov.az/az/contacts/request)  və ya 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə (ünvan: Masallı şəhəri, Heydər Əliyev prospekti 5) müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Videoqəbulun təşkil edilməsində əsas məqsəd vətəndaşların Təhsil Nazirliyinə müraciət etmək imkanlarını müasir texnologiyalardan istifadə ilə genişləndirmək, regionlarda yaşayanlara nazirliyin inzibati binasına gəlmədən vəzifəli şəxslərlə video bağlantı vasitəsilə birbaşa əlaqə imkanının yaradılmasıdır.
Qaydalara əsasən, videoqəbulda bir müraciətlə bağlı eyni vaxtda üçdən artıq şəxsin birlikdə iştirakına icazə verilmir. Videoqəbul zamanı bir müraciət üçün maksimum müəyyən edilmiş vaxt 15 dəqiqədir.

Mənbə: http://www.edu.gov.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация