56 saylı proqram üzrə imtahan vermiş bakalavrların nəzərinə!

12-06-2019, 07:30
0
Жалоба

https://d.radikal.ru/d10/1806/a5/4fb8ac59be54.jpg

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistraturaya 56 saylı qəbul proqramına aid aşağıdakı ixtisaslaşmaları ali təhsilin akkreditasiyası və ekspertizası üzrə beynəlxalq agentlik olan FIBAA (Foundation for International Business Administration Accreditation) Akkreditasiyasını keçmişdir

Agentliyin şərtinə əsasən, bu ixtisaslaşmalarda təhsil almaq üçün 2 il iş təcrübəsi tələb edilir (Bax: “Magistr” jurnalı, №4, 2019-cu il, səh.40):
216859 Biznesin idarə edilməsi (MBA proqramı üzrə)
- Biznesin təşkili və idarə edilməsi (idarəetmə informasiya sistemləri, MBA proqramı üzrə, tədris ingilis dilində);
216834 Biznesin idarə edilməsi (MBA proqramı üzrə)
- Biznesin təşkili və idarə edilməsi (MBA proqramı üzrə, tədris ingilis dilində).
Cari ildə 56 saylı proqram üzrə imtahan verərək müsabiqə şərtini ödəyən və həmin ixtisaslaşmaları seçmək istəyən bakalavrlar 2019-cu il iyunun 14-dək aşağıdakı sənədləri Dövlət İmtahan Mərkəzinin A.Salamzadə küçəsi, 28 ünvanındakı ofisinə (Asiya Universitetinin binası) təqdim etməlidirlər:
1. Şəxsiyyəti təsdiq edən sənədin əsli və surəti;
2. Əmək kitabçasının notarial qaydada təsdiqlənmiş və ya iş yerinin məsul işçisi tərəfindən imzalanmış və təşkilatın möhürü ilə təsdiqlənmiş surəti.

Mənbə: http://www.dim.gov.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация