"Türk ədəbiyatı" adlı aylıq fikir və sənət dərgisinin 545 saylı özəl buraxılışı Azərbaycan ədəbiyyatına həsr edilib

12-06-2019, 09:00
0
Жалоба

Türkiyədə nəşr olunan "Türk ədəbiyatı" adlı aylıq fikir və sənət dərgisinin 545 saylı özəl buraxılışı Azərbaycan ədəbiyyatına həsr edilib. Dərgi Əjdər Olun, Məmməd Dəmirçioğlunun, Vaqif Bəhmənlinin, Afaq Şıxlının, Canan Seyidzadənin, Aqşin Evrenin, Ədalət Əskeroğlunun, Azad Yaşarın, Günel Şamilqızının, Aqşin Yeniseyin, Elxan Zal Qaraxanlının, Ramiz Qusarçaylının, Fərid Heseynin, Cəlil Baloğlanın, Hamlet İsaxanlının, Dilqəm Əhmədin, Sabir Sarvanın şeirləri ilə açılır. Akademik İsa Həbibbəylinin "Azərbaycan ədəbiyyatı: zəngin ədəbi ənənə və çagdaşlıq" adlı məqaləsində Azərbsycan ədəbiyyatının Dədə Qorquddan başlanan zəngin tarixi və çağdaş durumuna nəzər salınır. Yaqut Misirxanlənın xalq şairi Musa Yaqub, Yusif Gədiklinin Şəhriyar, Rahid Uluselin xalq şairi Bəxtiyar Vahabzadə, Özcan Ünlünün xalq şairi Sabir Rüstəmxanlı, İmdat Avşarın xalq yazıçısı Anar, Lalə Bayramovanın Məmməd Aslan haqqında geniş yazıları bu müəlliflərin yaradıcılıq portretlərini bir daha türk oxucularına təqdim edir. Dərginin başqa bir poeziya çələngində Məmməd İsmayılın, Sabir Rüstəmxanlının, Ramiz Rövşənin, Rəşad Məcidin, Murad Köhnəqalanın, Qulu Ağsəsin, Hüşəng Cəfərinin, Namiq Hacıheydərlinin, Səlim Babullaoğlunun, İbrahım İlyaslının, Nuranə Nurun, Leyla Əsədullayevanın şeirləri toplanmışdır. Günel Anarqızının, Sevil İrəvanlının, Əli Akbaşın, Rahid Uluselin, Qiyasəddin Dağın, Fəxri Ugurlunun, Ruslan Dost Əlinin, Aysel Əlizadənin, Eyvaz Zeynallının, Təranə Vahidin çeşidli janrlarda yazıları ədəbiyyatımızın çağdaş mənzərəsini əks etdirir... Dərginin bütün yaradıcı heyətinə və Türk Ədəbiyyat Vaqfına dərin təşəkkürümüzü bildiririk...


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация