Xızıda Cəfər Cabbarlının xatirəsi anılıb

12-06-2019, 10:30
0
Жалоба

Xızıda Cəfər Cabbarlının ev-muzeyində görkəmli ədibin xatirəsi anılıb. Tədbir Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Cəfər Cabbarlının Xızıda və Bakıda yerləşən ev-muzeylərinin birgə təşkilatçılığı ilə baş tutub.
İdarədən APA-nın yerli bürosuna  bildirilib ki, tədbirə ev sahibliyi edən Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyi üzrə baş məsləhətçisi Möhsün Bağırov və Bakıdakı Cəfər Cabbarlı ev-muzeyinin direktoru Qəmər Bağırova belə tədbirlərin önəmindən danışıblar.
Sonra söz-sənət ustalarının, elm və incəsənət xadimlərinin, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tələbələrinin ədibin yaradıcılığı, zəngin ədəbi irsi, həyat yolu ilə bağlı çıxışları dinlənilib.

Mənbə: http://www.apa.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация