“Bizim müəllim”

14-06-2019, 11:00
121

Təhsil Nazirliyinin “Bizim müəllim” layihəsi davam edir. Layihənin budəfəki təqdimatı Brilliant Ağazadəyə həsr olunub. O, 2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək 53 bal toplayıb. Hazırda Xızı rayonu akademik  M.Dadaşzadə adına Şurabad qəsəbə  tam orta məktəbdə tarix fənnini tədris edir.
Brilliant Ağazadə şagirdlərdə ağıllı təfəkkür və düşüncənin formalaşmasında müəllimin mühüm rol oynadığını deyir.
“Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.

Mənbə: http://www.edu.gov.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: