Ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlişinin 50-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

14-07-2019, 09:30
0
Жалоба

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublika rəhbərliyinə gəlişinin 50-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
Öncə ümummilli lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, şəxsi heyət Heydər Əliyev mərkəzlərini, muzeyləri və abidələri ziyarət edib. Hərbi hissələrdə Ulu Öndərin şərəfli həyat yolu və fəaliyyəti haqqında məruzələr dinlənilib, filmlər, videoçarxlar təqdim olunub, eləcə də Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin və Gəncə Qarnizonun İdeoloji və Mədəniyyət Mərkəzinin, rayon mədəniyyət müəssisələri kollektivlərinin iştirakı ilə müxtəlif mədəni-kütləvi tədbirlər təşkil olunub.

Mənbə: http://www.mod.gov.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация