Şamaxıda aqrar sektor üzrə istehsal 54,8 faiz artıb

15-07-2019, 13:30
0
Жалоба

Cari ilin birinci yarısında Şamaxıda iqtisadiyyatın aparıcı sahəsi olan kənd təsərrüfatında ümumi məhsul istehsalının həcmi diqqətəlayiq nəticələrlə yekunlaşıb.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 6 ayda 34 milyon 974 min manatlıq kənd təsərrüfatı məhsulları, o cümlədən 18 milyon 514 min manatlıq heyvandarlıq, 16 milyon 460 min manatlıq bitkiçilik məhsulları istehsal olunub.
İstehsal edilən məhsulların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 milyon 375 min manat və ya 54,8 faiz çoxdur.

Mənbə: http://www.azertag.gov.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация