Səhiyyə Nazirliyi Şəkidə baş verən hadisə ilə bağlı xəsarət alanların son vəziyyəti barədə açıqlama verib

15-07-2019, 13:45
0
Жалоба

Səhiyyə Nazirliyi Şəki Xan Sarayının qarşısında baş verən hadisə ilə bağlı xəsarət alanların son vəziyyəti barədə açıqlama verib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicəsi davam edən Xatirə Ağamalıyevanın (sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok) vəziyyəti ağırdır.
Digər yaralı Elxan Məmmədovun (onurğanın qapalı travması) vəziyyəti isə orta-ağırdır.
1 saylı Kliniki Tibbi Mərkəzdə olan İlkin Məmmədovun (ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınıq), Sara Hasanın (sağ bud sümüyünün qapalı travması çanaqda), Farik Hasanın (sol incik sümüyünün sınığı), Al Hasan Samirənin (sağ baldır sümüyünün yerdəyişən sınığı) vəziyyətləri ağır stabil olaraq qalır, həyati təhlükələri yoxdur.

Mənbə: http://www.azertag.gov.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация