Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin 50 illiyi ilə bağlı tədbir

16-07-2019, 05:00
0
Жалоба

İyulun 15-də Təhsil Nazirliyində Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının Təhsil Nazirliyi ərazi üzrə ilk partiya təşkilatı və nazirliyin Həmkarlar İttifaqı Komitəsi tərəfindən ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib.
Tədbir Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmin nümayiş etdirilməsi ilə başlayıb.
Təhsil nazirinin müavini Firudin Qurbanov ulu öndərin xatirəsinin hər il böyük ehtiramla anıldığını diqqətə çatdıraraq bildirib ki, Azərbaycana rəhbərlik etdiyi dövrlərdə təhsilin inkişafı, təhsil işçilərinə müntəzəm diqqət və qayğı ümummilli liderin ciddi önəm verdiyi prioritet istiqamətlərdən biri olub. Nazir müavini vurğulayıb ki, Heydər Əliyevin həyata keçirdiyi təhsil islahatları nəticəsində Azərbaycan təhsilinin bütün pillələrində mühüm nailiyyətlər əldə olunub, həmçinin gənclərin xaricdə təhsil imkanları genişləndirilib.
Firudin Qurbanov ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının, təhsil sahəsinə göstərdiyi diqqət və qayğının hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib.
Tədbirdə daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev Heydər Əliyevin Azərbaycan xalqının taleyində müstəsna xidmətlərindən söz açıb, ümummilli liderlə bağlı bir çox tarixi məqamları qeyd edib.
Sonra Təhsil Nazirliyinin YAP-a üzv olmaq istəyən əməkdaşlarının ərizəsinə baxılıb və onların müraciəti müsbət cavablandırılıb.

Mənbə: http://www.edu.gov.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация