Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul olmaq üçün keçirilən imtahanın nəticələri elan edilib

16-07-2019, 07:00
0
Жалоба

https://d.radikal.ru/d10/1806/a5/4fb8ac59be54.jpg

Abituriyentlər DİM-in internet saytında imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər

Dövlət İmtahan Mərkəzi Azərbaycan Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul olmaq üçün iyulun 14-də keçirilən imtahanın nəticələrini elan edib.
İmtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər.
Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
İmtahanda iştirakı gözlənilən 86 abituriyentdən 2 nəfər imtahanda iştirak etməmişdir. 
Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi liseylərinə qəbul imtahanının nəticələri də yaxın günlərdə elan olunacaq.

Mənbə: http://www.dim.gov.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация