Dövlət qulluğuna qəbul üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlərin nəticələri haqqında növbəti statistik məlumatlar

16-07-2019, 10:30
0
Жалоба

https://d.radikal.ru/d10/1806/a5/4fb8ac59be54.jpg

2019-ci il iyunun 30-da keçirilən imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən və TQDK-nın əmri ilə ali təhsil müəssisələrinə qəbul olmuş şəxslərin nəticələri haqqında statistik məlumatları təqdim edirik

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1766 namizəddən 1611 nəfər keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (DİM-in) keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən, ali təhsil müəssisələrinə qəbul olmuşdur. Bu şəxslərdən 432 nəfər imtahandan uğurla keçmişdir (26.8%).
Aşağıdakı cədvəldə bu şəxslərin TQDK-nın (DİM-in) keçirdiyi qəbul imtahanlarında topladıqları bal intervalları, bal intervallarına görə dövlət qulluğuna qəbul üzrə test imtahanından qeydiyyatdan keçənlərin və imtahanlarda uğur qazananların sayı, faiz göstəriciləri verilmişdir. 201-300, 301-400, 401-500, 501‑600, 601-700 intervalında bal toplayanların müvafiq olaraq 16.8%-i, 24.2%-i, 32.7%-i, 44.7%-i, 60.0%-i test imtahanından uğurla keçib. Verilənlərə əsasən, əvvəlki imtahanlarda olduğu kimi bu imtahanda da uğur qazananların faiz göstəricilərinin bal intervallarına mütənasib olaraq artımı müşahidə olunur.

Mənbə: http://www.dim.gov.az






Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация