Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxan Klubda sumqayıtlı yazarlarla görüş keçirilib

16-07-2019, 15:30
0
Жалоба

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxan Klubda AYB Sumqayıt bölməsi ilə birlikdə sumqayıtlı yazarlar: Əşrəf Veysəlli, Qüdrət Muğanlı, Rafiq Yusifoğlu, Əli Nəcəfxanlı ilə görüş keçirilib. 

Sumqayıtın 70 illik yubiley tədbirləri çərçivəsində keçirilən görüş “Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İçtimai Birliyinin üzvləri üçün təşkil olunub. 

Tədbiri giriş sözü ilə açan AYB-nin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin şairlərin yaradıcılığı haqqında oxuculara geniş məlumat verib. 

Sonra söz şairlərə verilib. Onlar mövzu ilə bağlı fikirlərini söyləyib, oxucuların suallarını cavablandırıb, şeirlərini səsləndiriblər. 

“Cığır”ın üzvləri, kitabxananın fəal oxucuları şairlərin şeirlərindən nümunələr söyləyiblər.  

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Mətbuat xidməti


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация