Naxçıvan Qarnizonunda ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsinin 50 illiyi münasibətilə silsilə tədbirlər keçirilir - VİDEO

16-07-2019, 18:30
0
Жалоба


Naxçıvan Qarnizonu qoşunlarında ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsinin 50 illiyi münasibətilə silsilə tədbirlər keçirilir.
Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən tədbirdə çıxış edənlər bildiriblər ki, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi, uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində güclü müdafiə qüdrətinə və peşəkar döyüş qabiliyyətinə malik Azərbaycan Ordusu formalaşıb. Fəxrlə deyə bilərik ki, ordu sıralarında xidmət edən gənclərimiz ümummilli lider Heydər Əliyevin ideyalarına həmişə sadiqdirlər, Vətən, xalq, dövlət qarşısında əsgəri borclarını şərəflə yerinə yetirirlər.
Tədbirdə ümummilli liderimiz Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən sənədli filmə baxış olub.
Silsilə tədbirlərin davamı kimi nümunəvi xidməti ilə fərqlənən əsgərlərimizin bir qrupu Heydər Əliyev Muzeyini ziyarət edib,  ümummilli liderimizin ana Vətənimiz Azərbaycana həsr etdiyi mənalı ömür yolunu özündə əks etdirən eksponatlarla yaxından tanış olublar.

Mənbə: http://www.mod.gov.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация