Latviyada təhsil təqaüd proqramının nəticələri açıqlanıb

17-07-2019, 02:00
0
Жалоба

Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında təhsil sahəsində uğurlu əməkdaşlığın nəticəsi olaraq, 2019-2020-ci tədris ili Latviya Hökumətlərarası Təqaüd Proqramı üçün qarşı tərəfdən keçirilən müsabiqənin nəticələri açıqlanıb.
Müsabiqə nəticəsində 12 nəfər Azərbaycan vətəndaşı bu ölkənin təqaüdünə layiq görülüb.
Qeyd edək ki, Latviya hökumətinin bu təqaüdünü qazanan digər 28 ölkə üzrə ən çox təqaüd qazanmış ölkələr arasında Azərbaycan 2-ci yerdədir. İlk onluq təqdim edilir:
 
ÖlkəSay
  1. Almaniya
13
  1. Azərbaycan
12
  1. Ukrayna
11
  1. Finlandiya
10
  1. Qazaxıstan
9
  1. İsrail
9
  1. Çin
9
  1. Özbəkistan
4
  1. ABŞ
4
  1. Türkiyə
4
 
Seçim barədə Latviya tərəfindən verilən yekun qərara əsasən,  saziş üzrə Azərbaycan vətəndaşları Latviyanın “Riga Technical University”, “University of Latvia”, ” Latvia University of Agriculture” və “Riga Graduate School of Law” ali təhsil müəssisələrində müxtəlif ixtisaslar və təhsil səviyyələri  üzrə  bakalavriat (2 nəfər), magistratura (6 nəfər), doktorantura (2nəfər) və tədqiqat işi (2 nəfər) üçün  təhsilini davam etdirmək hüququ qazanıb.
Müvafiq təqaüd proqramı barədə cari ilin 8 fevral tarixində elan verilib. 

Mənbə: http://www.edu.gov.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация