Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxana Klubda “Gözəlləşən şəhərimiz “ adlı tədbir keçirilib

17-07-2019, 12:30
0
Жалоба


Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxana Klubda Sumqayıt şəhərinin yaranmasının 70 illiyi ilə əlaqədar “Gözəlləşən şəhərimiz “ adlı tədbir keçirilib. 

“Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyinin üzvlərinin iştirakı ilə keçən tədbirdə kitabxanaçı Bəturə Lazımova Sumqayıt şəhərinin yaranması, dünəni və bu günü haqqında geniş məlumat verib.

Tədbirdə “Sumqayıt-uşaqların gözü ilə” mövzusunda müzakirələr aparılıb.

“Verbal” tədris mərkəzinin psixoloqu Aydan Məhərrəmli, “Cığır”ın üzvləri: Ömər Bayramov, Jalə Əhmədova, Xədicə Bayramova, Məhəmməd Əhmədov mövzu ilə bağlı  fikirlərini bölüşüblər.
Sonra oxucuların ifasında Sumqayıt haqqında şeirlər və əfasanələr dinlənilib.
 
Daha sonra tədbir iştirakçıları kitabxanada fəaliyyət göstərən nağıl otağı, xidmət şöbəsi, kitab sərgiləri, “rəsm” dərnəyi üzvlərinin əl işləri ilə yaxından tanış olublar. 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Mətbuat xidməti


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация