Azərbaycan Silahlı Qüvvələri sıralarından ehtiyata buraxılan kəlbəcərli gənclərlə görüş keçirilib

28-07-2019, 10:30
0
Жалоба








Gundelik.İnfo xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Kəlbəcər rayon bölməsinin təşkilatçılığı,  rayon icra hakimiyyətinin, gənclərin valideynlərinin, veteranların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi vəzifəlilərin qarşılanma mərasimi keçirilib.

Mərasimdə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

SHXÇDX-nin Kəlbəcər rayon bölməsinin rəisi, polkovnik-leytenant Rahim Mustafayev Azərbaycan Silahlı Qüvvələri sıralarından   ehtiyata buraxılan gəncləri həqiqi hərbi xidməti müvəffəqiyyətlə yerinə yetirmələri münasibətilə təbrik edib. Bölmə rəisi onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. 

Tədbirdə çıxış edən Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov ölkəmizdə gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində həyata keçirilən işlərin müsbət nəticələr verdiyini, kəlbəcərli gənclərin Ali Baş Komandanın əmrinə hər an hazır olduqlarını deyib. 


Ehtiyata buraxılmış gənclər adından danışan Arzuman Ömrümov Azərbaycan Silahlı Qüvvələri sıralarında hərbi xidmət keçdikləri ilə fəxr etdiklərini bildirib.   

Tədbirdə, həmçinin hərbi vəzifəlilərə ehtiyatda xidmət haqqında məlumat verilib, onların hüquq və vəzifələri diqqətlərinə çatdırılıb.

Sonda müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış gənclərə müxtəlif qiymətli hədiyyələr təqdim olunub.


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mətbuat xidməti


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация