Biləsuvarda meyvə bağlarından 217 ton ərik tədarük olunub

29-07-2019, 06:00
0
Жалоба

Biləsuvarın meyvə bağlarında məhsul tədarükü davam edir. Ötən il çoxillik meyvə bağlarından 1323 ton məhsul tədarük edən bağbanlar cari ildə də bağlardan bol məhsul götürmək üçün meyvə ağaclarına nümunəvi qulluq göstəriblər. Bunun nəticəsində də bağlarda bol məhsul yetişib.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, indiyədək bağlardan 1325 ton məhsul götürülüb. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 ton çoxdur. Tədarük olunan meyvənin 177 tonunu alma, 217 tonunu ərik, 88 tonunu albalı, 688 tonunu alça, 155 tonunu isə gilas təşkil edir. Fermerlər, həmçinin sahələrdən 210 ton giləmeyvə də toplayıblar.
Hazırda Biləsuvarda 1511 hektar meyvə bağı vardır ki, bunun da 98 faizdən çoxu bar verəndir.

Mənbə: http://www.azertag.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация