Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəmkirdə və Tovuzda vətəndaşları qəbul edəcək

30-07-2019, 17:00
0
Жалоба

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, avqustun 22-də saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov Şəmkirdə Gədəbəy və Şəmkir rayonlarının sakinlərini qəbul edəcək.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin gün saat 10:00-da Xidmət rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev Tovuzda Ağstafa, Qazax və Tovuz rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbula yazılmaq istəyən vətəndaşların avqustun 19-dək SHXÇDX-nin həmin rayon şöbələrinə müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.

Mənbə: http://www.seferberlik.gov.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация