Son dəqiqə:

Qubadlı kümçüləri barama istehsalı üzrə proqnozu 112 faiz yerinə yetiriblər

9-08-2019, 08:00
58


İşğal altında olan Qubadlı rayonunun respublikanın müxtəlif bölgələrində kənd təsərrüfatı sahəsi üzrə 79,4 hektar əkin sahəsi var. Bunun da 40,6 hektarı taxıl, 7,3 hektarı bostan bitkiləri, 25,8 hektarı yonca, 3 hektarı tərəvəz, 2,7 hektarı isə tut bağlarından ibarətdir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, ölkəmizin müxtəlif bölgələrində məskunlaşmış rayon sakinləri tərəfindən əkilmiş taxıl sahələrində gəmirici və ziyanvericilərə qarşı mübarizə tədbirləri aparılıb, fermerlərə lazımi tövsiyələr verilib, dərmanların və güzəştli gübrələrin alınmasında yadım göstərilib. Nəticədə taxıl sahələrində yüksək məhsul yetişdirilərək biçin vaxtında başa çatdırılıb. Ümumilikdə, 123 ton taxıl biçilib və hər hektarın orta məhsuldarlığı 31 sentner təşkil edir.
Eyni zamanda, rayonda baramaçılığı inkişaf etdirmək məqsədilə Füzuli və Sabirabad rayonları ərazisində əkilmiş, Çindən gətirilmiş və yerli sortlardan olan 11 min 500 ədəd tut tinginə yaz aylarında qulluq edilməsi üçün bütün tədbirlər görülüb.
Bu il barama istehsalı ilə əlaqədar olaraq Qax “Damazlıq İpəkçilik” stansiyasından 26 qutu yəni 494 qram ipəkqurdu toxumu götürülərək kümçülərə paylanılıb. Ötən ildə olduğu kimi, bu il də kümçülər tərəfindən 1 ton əvəzinə, 1 ton 120 kiloqram yüksək keyfiyyətli yaş barama tədarük ediblər. Bununla da Qubadlı kümçüləri 6 ayın nəticələrinə görə, respublika üzrə birinci olaraq proqnozu artıqlaması ilə - 112 faiz yerinə yetiriblər.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: