Gəncə Uşaq evinin sakinləri bayram sevinci yaşayıblar

9-08-2019, 12:15
0
Жалоба


Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Uşaq Evində Qurban bayramı münasibətilə şənlik təşkil olunub, bayram süfrəsi açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə iştirak edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Uşaqları Qurban bayramı münasibətilə təbrik edərək onlara xoşbəxt həyat arzulayıb.
Qeyd edilib ki, cəmiyyətin və dövlətin gələcəyi olan uşaqların qayğısız böyüməsi, düzgün təlim-tərbiyə olunaraq, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmaları olduqca vacibdir. Bu gün uşaq və yeniyetmələrə göstərilən diqqət və qayğı, onlara yaradılan hərtərəfli şərait dövlət siyasətinin prioritet istiqamətlərindən biridir, bu məsələ Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın daim nəzarətindədir.
Gəncə Uşaq Evinin direktoru Nazirlə İsmayılova bildirib ki, uşaqların əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi üçün hər cür şərait yaradılıb. Uşaqlar dövlətin qayğısı ilə əhatə olunublar.
Bayram şənliyində Gəncə Uşaq Evinin sakinləri öz istedad və bacarıqlarını nümayiş etdiriblər. Onların ifasında müxtəlif rəqs nömrələri, şeir və musiqi parçaları təqdim olunub.
Gəncə Dövlət Kukla Teatrından gələn müxtəlif nağıl personajları şənlikdə xoş ovqat yaradıb.

Mənbə: http://www.azertag.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация