“Sumqayıt” futbol klubu yeni mövsümünün ilk oyununu səfərdə keçirəcək

9-08-2019, 13:15
0
Жалоба

Azərbaycan Premyer Liqasında 2019/2020-ci illər mövsümündə 1-ci turun oyun cədvəli müəyyənləşib.
“Sumqayıt” futbol klubundan AZƏRTAC–a bildirilib ki, AFFA-nın keçirdiyi püşkatma nəticəsində sumqayıtlılar ilk matçı səfərdə oynayacaq. “Sumqayıt” “Qəbələ” ilə qarşılaşacaq. Oyun avqustun 17-də Qəbələ şəhər stadionunda baş tutacaq.
Ayxan Abbasovun yetirmələri çempionatın birinci turu üçün hazırlığı davam etdirir.

Mənbə: http://www.azertag.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация