Bakıda “Qədim Avropaya səyahət” adlı musiqi gecəsi təşkil olunacaq

9-08-2019, 14:15
0
Жалоба

Sentyabrın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində Kamera və Orqan Musiqisi Zalında “Qədim Avropaya səyahət” adlı musiqi gecəsi təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq gecədə “D`accordo” barokko ansamblı bir sıra dünya şöhrətli bəstəkarların əsərlərini ifa edəcək.
Qeyd edək ki, builki festival çərçivəsində 40-dək tədbirin təşkili nəzərdə tutulur.
Festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqi kollektivləri iştirak edəcək.

Mənbə: http://www.azertag.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация