10 avqustda gözlənilən hava şəraiti

9-08-2019, 15:00
0
Жалоба

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Avqustun 10-da havanın yağmursuz keçəcəyi gözlənilir.  Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz  30-35, Bakıda gecə 21-23, gündüz  32-34 dərəcə isti təşkil edəcək.
Atmosfer  təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət  gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
Avqustun 10-da havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq ərazilərdə  yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.
 
Tibbi-meteoroloji proqnoz
Avqustun 10-da Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Mənbə: https://eco.gov.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация