Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində iyul çağırışının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş xidməti müşavirə keçirilib

11-08-2019, 11:30
0
Жалоба


Avqustun 9-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) Prezident İlham Əliyevin bu il iyunun 3-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının…



Avqustun 9-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) Prezident İlham Əliyevin bu il iyunun 3-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icrası ilə əlaqədar qurumun aparatının, eləcə də yerli idarə, şöbə və bölmə rəislərinin iştirakı ilə müşavirə keçirilib.
Müşavirədə Azərbaycanın Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi, iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışın yekunları ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ay ərzində həyata keçirilən tədbirlər təhlil edilib.
Xidmət rəisi, general-leytenant Arzu Rəhimov müşavi­rədə iyul çağırışının yekunlarına, Xidmət tərəfindən görülmüş işlərə və qarşıda duran vəzifələrə dair geniş hesabat məruzəsi ilə çıxış edib.
İdarə, şöbə və bölmələrin xidməti fəaliyyətini qiymətləndirən general-leytenant Arzu Rəhimov Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik işi­nin təşkili, və­tən­daş­ların hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması və müddətli hə­qiqi hərbi xid­mətə çağırılması, gənclərin hərbi vətən­pər­vər­lik ruhunda tərbiyə olun­ma­sı istiqamətində həyata keçirilmiş işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Xidmət rəisi xüsusi vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Xidmətin qarşısında qoyduğu tapşırıqların yüksək səviyyədə icra edilməsi məqsədilə hər bir zabit, gizir, əməkdaş xidməti fəaliyyətinin yüksəldilməsi istiqamətində əlindən gələni əsirgəməməlidir. Xidmət rəisi bildirib ki, Azər­baycan Respublikası­nın Prezidenti cənab İlham Əliyevin Ali Baş Koman­danlığı altında həyata keçirilən uğurlu islahatlar nəticəsində bütün sahələrdə olduğu kimi SHXÇDX-də idarəetmə müasir dövrün tələblərinə uyğunlaşdırılır.
Xidmət rəisi vətəndaşların qə­bulu və müraciətlərinə baxılması, vətəndaşların problemlərinə qayğı ilə yanaşılması, vətəndaş məmnunluğunun təmin olunması işinin davam etdirilməsinin zəruriliyini qeyd edib. Məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, etik davranış qaydalarına əməl olunmasının vacibliyi bir daha vurğulanıb.
Müşavirədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində yol verilmiş nöqsanlar təhlil edilib, çatışmazlıqların aradan qaldırılması və gələcəkdə təkrarlanmamasına dair göstərişlər verilib.
Müşavirəyə yekun vuran general-leytenant Arzu Rəhimov görüləcək işlər və xidməti fəaliyyətin daha yüksək səviyyədə təşkil olunması barədə tapşırıqlarını verərək bildirib ki, qurumun hər bir əməkdaşı bundan sonra da üzə­rinə düşən və­zifələrini şərəf və ləya­qətlə yerinə yetirməlidir.

Mənbə: https://seferberlik.gov.az 


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация