Abşeronun “Xəzər ulduzları” mahnı və rəqs ansamblı Türkiyənin Qaradəniz bögəsində keçirilən festivallarda ölkəmizi uğurla təmsil edib

16-08-2019, 09:00
0
Жалоба

Sumqayıt Regional Mədəniyyət idarəsinin Abşeron rayon Novxanı kənd Sənətkarlıq klubunun “Xəzər ulduzları” mahnı və rəqs ansamblı Türkiyənin Qaradəniz bögəsində keçirilən festivallarda ölkəmizi uğurla təmsil edib.
Belə ki, Artvində keçirilən 10-cu Uluslararası Tülüm və Muzik festivalına, Rizədə keçirilıən Uluslararası 30-cu Çay, Turizm və Yaz sporları festivalına və Trabzonda keçirilən Uluslararası Horon festivalına qatılan kollektivin ifasında “Qarabağ suitası”, “Yaylıqlarla rəqs”, “Qaval rəqsi”, “Ana yurd marşı” (rəqs-kompoziya) türkiyəli tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Artvində keçirilən Uluslararası Tülüm və Muzik festivalında Kamil Ağazadənin ifasında “Ana yurd marşı” (rəqs-kompoziya) ən yaxşı mahnı nominasiyasına layiq görülüb. Rizədə keçirilıən Uluslararası 30-cu Çay, Turizm və Yaz sporları festivalında kollektiv diplomla mükafatlandırılıb.
Kollektivin ən kiçik üzvü, balaca rəqqasə Gülnaz Zahirli Artvində keçirilən Uluslararası Tülüm və Muzik festivalında təşkil edilən gözəllik müsabiqəsində I yerə,Trabzonda keçirilən Uluslararası Horon festivalında isə gözəllik müsabiqəsində III yerə layiq görülüb.
Qeyd edək ki, festivallarda Türkiyə, Azərbaycan, İran, Yunanıstan, Bolqariya, Rusiya, Dağıstan, Gürcüstan və digər ölkələrdən rəqs və müsiqi qrupları iştirak edib.

Mənbə:http://mct.gov.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация