AQTA Cəlilabadın üzüm bağlarında monitorinqlərə başlayıb

17-08-2019, 08:00
0
Жалоба


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Lənkəran Regional Bölməsinin əməkdaşları ölkəmizin cənub bölgəsində qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində monitorinqləri davam etdirirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəlilabad rayonunun üzüm bağlarında aparılan monitorinqlərin məqsədi bazara çıxarılmazdan əvvəl məhsulun keyfiyyətini və kimyəvi tərkibi yoxlamaqdır.
Monitorinqlər zamanı üzüm bağlarından götürülən nümunələr müvafiq laboratoriyalara təqdim ediləcək. Laborator yoxlamalardan sonra qanunvericiliyə uyğun tədbirlər görüləcək.
AQTA-nın keçirdiyi monitorinqlər məhsul yığımı başa çatanadək davam edəcək.

Mənbə: https://azertag.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация