Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb

17-08-2019, 09:00
0
Жалоба

2019-cu ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25 milyon 141,6 min ton, yük dövriyyəsi isə 5 milyard 301 milyon ton-kilometr olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 16 milyon 330,4 min tonu və ya 65 faizi avtomobil nəqliyyatı, 6 milyon 265,2 min tonu və ya 24,9 faizi dəmir yolu nəqliyyatı, 2 milyon 546 min tonu və ya 10,1 faizi dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 16,1 faizini və ya 4 milyon 56,5 min tonunu tranzit yüklər təşkil edib.

Mənbə: https://azertag.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация