Muxtar respublikada 244 milyon manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunub

21-08-2019, 09:30
48 dəfə Oxundu.

Muxtar respublikada 244 milyon manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunub


Muxtar respublikada 2019-cu ilin yanvar-iyul aylarında 244 milyon 713 min 500 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu dövr ərzində diri çəkidə ət istehsalı 13348,1 ton, süd istehsalı 60358,4 ton olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,7 faiz, süd istehsalı isə 1,3 faiz artıb.

Mənbə: https://azertag.az



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam