“Azərbaycan Dəmir Yolları” avtomobil sürücülərinə müraciət edib

22-08-2019, 12:00
198

Bakı-Sabunçu-Pirşağı-Sumqayıt dairəvi dəmir yolunda aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, təhlükəsizliyin təmin olunması məqsədilə Asəf Əsədullayev küçəsi ilə Qambay Vəzirov küçəsinin kəsişdiyi yerdə - 13-cü kilometrin 3-cü piketində (Sabunçu stansiyasının girişi) eyni səviyyəli dəmir yolu keçidi yeraltı tunellə əvəz olunacaq.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar olaraq, avqustun 22-də səhər saat 08:00-dan etibarən həmin keçiddən avtomobillərin hərəkəti dayandırılacaq.
Yeni tunelin inşası başa çatana qədər avtomobil sürücülərindən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Mənbə:http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: