Hərbi hissələrdə gənc əsgərlərə psixoloji dəstək fəaliyyətləri həyata keçirilir

24-08-2019, 00:30
136

Hərbi hissələrdə gənc əsgərlərin hərbi xidmətə adaptasiya olunması, mənəvi-psixoloji hazırlığı istiqamətində həyata keçirilən psixoloji iş fəaliyyətləri davam etdirilir.
Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin işçi qrupu tərəfindən hərbi hissələrin məsul şəxsləri ilə hərbi qulluqçuların fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi mövzusunda təlim-metodiki məşğələlər keçirilir və psixoloji iş fəaliyyətlərinin təşkil edilməsinə dair müvafiq tövsiyələr verilir.
Eyni zamanda hərbi qulluqçularla qrup şəklində və fərdi olaraq psixoloji söhbətlər aparılır, hərbi xidmətə uyğunlaşma dövrünü yaşayan gənc əsgərlərə dəstək tədbirləri keçirilir.

Mənbə:http://www.mod.gov.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: