Texniki yardım qrant layihəsi ilə bağlı iclas

27-08-2019, 11:00
53


 “Müəllimlərin potensialının artırılması və Təhsil Nazirliyi üçün Təhsil İnformasiya Sisteminin yaradılması” adlı texniki yardım qrant layihəsinin icrasının başlanılmasına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə qeyd edilib ki, layihə çərçivəsində “KOICA” tərəfindən qarşıdakı 36 ay ərzində müəllim hazırlığının informasiyalaşdırılması üzrə "Master Plan", Elektron Tədris Sistemi, Multimedia Mərkəzinin yaradılması və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində Data Mərkəzin avadanlıqlarla təmin edilməsi nəzərdə tutulub.
 “KOICA” Azərbaycan Nümayəndəliyinin ölkə üzrə direktoru Kumok Park layihənin Koreya təcrübəsinin bölüşülməsi ilə Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılmasına töhfə verəcəyinə ümid etdiyini bildirib.
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov iki ölkə arasında bu sahədə təcrübə mübadiləsinin aparılması baxımından layihənin əhəmiyyətini vurğulayıb.
Layihə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirilir.

Mənbə: https://edu.gov.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: