Peşə təhsili müəssisələrinə qeydiyyat sabah yekunlaşır

27-08-2019, 13:00
45

Avqustun 27-də peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyat prosesi başa çatır.  
İxtisas seçimində müvəffəqiyyət qazanan şəxslər qeydiyyatdan keçmək üçün təhsil haqqında sənədin əslini, tibbi arayışı, şəxsiyyət vəsiqəsinin surətini, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkli və hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.
Qeydiyyatdan keçməyənlər qəbul olunduqları ixtisasdan imtina etmiş hesab olunacaqlar.
Qeyd edək ki, 8808 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.

Mənbə: https://edu.gov.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: