Əlverişsiz hava şəraiti və elektrik enerjisinin verilməsində fasilələr Oslo metropoliteninin işinin dayanmasına səbəb olub

30-08-2019, 06:00
0
Жалоба


Əlverişsiz hava şəraiti Oslo metropoliteninin işində fasilələr yaradıb.
AZƏRTAC Norveç KİV-lərinə istinadla xəbər verir ki, pis hava səbəbindən ölkənin şərq hissəsində elektrik təchizatında fasilələr yaranıb. Bununla bağlı bu gün səhər Norveç paytaxtının metrosunda qatarların hərəkəti iki dəfə dayandırılıb.
Avqustun 28-nə keçən gecə Şərqi Norveç səmasında 22 mindən çox ildırım qeydə alınıb. Əlverişsiz hava şəraiti, həmçinin krallığın bütün şərq regionu üzrə dəmir yolunun fəaliyyətində fasilələrin yaranmasına gətirib çıxarıb.

Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm

Mənbə:https://azertag.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация