Sahibkarlar Tehranda beynəlxalq səhiyyə konqresinə dəvət olunurlar

4-09-2019, 05:00
0
Жалоба

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, oktyabrın 9-11-də Tehran şəhərində “İslam ölkələrinin IV beynəlxalq səhiyyə konqresi” keçiriləcək. Konqres çərçivəsində bu il təşkil ediləcək tədbirdə panel mövzuları, sağlamlıq, idman turizmi, ənənəvi tibb, sağlam qida və tibbi avadanlıqlar sahəsində görüşlər və müzakirələr olacaq. Ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və iş adamları konqresdə iştiraka dəvət olunurlar.

Mənbə:https://azertag.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация