Mixail Boyarski 70 illiyini Lensovet adına Akademik Teatrında qeyd edəcək

4-09-2019, 05:30
0
Жалоба

Sank-Peterburqun Lensovet adına Akademik Teatrında Əməkdar artist Mixail Boyarskinin iştirakı ilə “Bu doğma köhnə evdə” tamaşası təqdim ediləcək. Premyera aktyorun 70 illik yubileyi münasibətilə reallaşacaq.
AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, bu sözləri teatrın bədii rəhbəri, Rusiyanın Xalq artisti Larisa Luppian deyib.
“Aleksey Arbuzovun pyesi əsasında hazırlayacağımız “Bu doğma köhnə evdə” tamaşası üzərində işləri payız aylarında başlamağı nəzərdə tutmuşuq. Bu tamaşanı Mixail Boyarski ad günü üçün məhz özü seçmişdir”, - deyə L.Luppian əlavə edib.
Bədii rəhbər aktyorun nə üçün bu tamaşanı seçməsinə aydınlıq gətirərək bildirib ki, burada gənc, orta və yaşlı nəsil təqdim olunur.
“Mixail Boyarski özünə baş rolu seçməməklə gənc nəslə bir növ yol açdığını və hər iki nəsil arasında bağlılığı göstərməyi düşünmüşdür”, - deyə bədii rəhbər vurğulayıb.
Pyes müxtəlif xarakterlərə malik, üç nəsli təmsil edən və musiqi aləmində sözünü demiş bir sülalənin həyatından bəhs edir. Süjetin mərkəzində sevgi üçbucağı var.
Səhnə əsərində rolları Larisa Luppian, Rusiyanın Əməkdar artisti Aleksandr Solonenko, aktyorlar Aleksandra Kamçatova, Darya Tsiberkina, Yuliya Levakova, Vsevolod Tsurilo və başqaları ifa edəcəklər.

Mənbə:https://azertag.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация