Azərikimya” İB-də şahmat turniri

5-09-2019, 09:00
0
Жалоба


“Azərikimya” İstehsalat Birliyində “Əsrin müqaviləsi”nin 25 illiyinə və Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr olunmuş şahmat turniri keçirilmişdir.
Turnirdə “Azərikimya” İB-nin idarəetmə aparatının, Etilen-polietilen zavodunun, Təmir-Tikinti İdarəsinin, YAP Sumqayıt şəhər təşkilatının, Sumqayıt Asan Xidmət Mərkəzinin, Respublika “Qizil Aypara” Cəmiyyyəti Sumqayıt şəhər bölməsinin, Sumqayıt şəhər Gənclər Mərkəzinin, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin, Sumqayıt Baş Poçt İdarəsinin, Sumqayıt Qaz-istismar idarəsinin, Sumqayıt Regional Mədəniyyət İdarəsinin komandaları da daxil olmaqla 24 komanda iştirak etmişdir.
Turnir Sumqayıt şahmat məktəbinin hakimlər heyətinin ciddi nəzarəti altında FİDE-nin qaydalarına əsasən keçirilmişdir. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışlarda Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin üzvü Rasim Eyvazov birinci yerin qalibi olmuşdur. Sumqayıt şəhər sakini, təqaüdçü Rafiq Kərimov və Sumqayıt Qaz-istismar idarəsinin işçisi Xəyyam Həsənov isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşmüşlər.
Qaliblərə “Azərikimya” İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim olunmuşdur.


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация