10 sentyabrda gözlənilən hava şəraiti

9-09-2019, 17:00
0
Жалоба

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Sentyabrın 10-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz 24-27, Bakıda gecə 17-19, gündüz 24-26 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında

Sentyabrın 10-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə  yağışın leysan xarakterli olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-19, gündüz 21-26, dağlarda gecə 7-11, gündüz 12-17 dərəcə təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 10-11-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Mənbə: https://eco.gov.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация