Zaqatalalı fermerlər indiyədək sahələrdən 17 min tonadək dən qarğıdalı tədarük ediblər

10-09-2019, 05:30
74

Zaqatalalı fermerlər bu il 3 min 506 hektar sahədə qarğıdalı bitkisi yetişdiriblər. Hazırda təsərrüfatlarda qarğıdalı yığımı davam edir. İndiyədək 2 min 990 hektar sahənin məhsulu yığılıb, 16 min 983 ton dən qarğıdalı istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 56,8 sentner təşkil edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, rayonda kartof, günəbaxan, lobya və bostan məhsullarının yığımı artıq başa çatıb. Fermerlər 1567 hektar kartof sahəsindən 18 min 866 ton, 120 hektar günəbaxan sahəsindən 296 ton, 181 hektar lobya sahəsindən 364 ton, 815 hektar bostan bitkiləri sahəsindən isə 7 min 172 ton məhsul tədarük ediblər. Ötən illə müqayisədə kartof istehsalı 172 ton, günəbaxan istehsalı 1,2 ton, lobya istehsalı 8 ton, bostan məhsulları istehsalı isə 166 ton artıb.
Rayonda tərəvəz məhsullarının yığımı da davam edir.

Mənbə:https://azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: