Goranboyda sel sularının zədələdiyi qaz kəməri bərpa olunur

10-09-2019, 11:30
0
Жалоба


Goranboy rayonunda sel sularının zədələdiyi təbii qaz kəməri bərpa edilir.
“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, hazırda əraziyə birliyin Gəncə Regional Qaz İstismar İdarəsinin mühəndis və işçi heyəti, eləcə də ağır texnika cəlb olunub. İki gündür ki, təmir işləri davam etdirilir. Günün sonuna qaz təchizatının bərpası planlaşdırılır.
Xatırladaq ki, Goranboy rayonunun Veyisli qəsəbəsinə gedən polietilen qaz xəttinə birləşmə nöqtəsində, çay keçidində güclü sel sentyabrın 8-də səhər saat 06:00 radələrində qaz xəttini 2 hissəyə bölüb. Təxirəsalınmaz tədbirlərlə 2200 abonentin qaz təchizatı bərpa olunsa da, sel suları axdığı üçün və ətraf bataqlıq olduğuna görə 790 abonentin qaz təminatını bərpa etmək mümkün olmayıb.

Mənbə:https://azertag.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация