Avqustun 1-nə ölkədə 7,3 milyon ödəniş kartı emissiya olunub

10-09-2019, 12:30
0
Жалоба


Avqustun 1-nə ölkədə 7,38 milyon ədəd ödəniş kartı emissiya edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə bazarlarının infrastrukturuna nəzarət idarəsinin rəisi Tamerlan Rüstəmov deyib.
O bildirib ki, ödəniş kartları ilə ölkə daxilində olan əməliyyatların ümumi həcmi isə 11,9 milyard manat təşkil edib: “Ödəniş kartları ilə aparılan ölkədaxili əməliyyatların 21 faizi (2,5 milyard manat) nağdsız əməliyyatlardır. Ölkədə elektron ticarət vasitəsilə aparılan ödəniş əməliyyatlarının həcmi 5,9 dəfə artaraq 1,66 milyard manata çatıb”.

Mənbə:https://azertag.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация