Türkmənistan-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Türkmənistan tərəfindən tərkibi təsdiqlənib

10-09-2019, 14:00
0
Жалоба

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Türkmənistan-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Türkmənistan tərəfindən tərkibi təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, müvafiq Sərəncam Türkmənistan ilə Azərbaycan arasında əməkdaşlığı daha da inkişaf etdirmək məqsədi ilə imzalanıb.
Xatırladaq ki, 2008-ci il noyabrın 28-də Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyası haqqında” Saziş imzalanıb və bu sənəd 2009-cu il martın 4-də qüvvəyə minmişdir.
Komissiyanın indiyədək 4 iclası keçirilib. Sonuncu iclas 2014-cü il oktyabrın 2-də Bakıda təşkil olunub.

İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad 

Mənbə:https://azertag.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация