Uşaq Evində “Gənclərimiz - parlaq gələcəyimizin təminatçısıdır” adlı tədbir keçirilib

11-09-2019, 01:00
0
Жалоба

Müdafiə nazirinin təsdiq etdiyi fəaliyyət planına uyğun olaraq Şəki şəhərində qarışıq tipli uşaq evində uşaqların asudə vaxtlarının səmərəli keçirmələri məqsədilə “Gənclərimiz - parlaq gələcəyimizin təminatçısıdır” adlı tədbir keçirilib.
Görüşdə 2016-cı ilin Aprel döyüşlərinin qaziləri, cəbhə bölgəsində yerləşən hərbi hissənin və Şəki şəhər İcra Hakimiyyətinin nümayəndələri, eləcə də Füzuli Dövlət Dram Teatrının kollektivi iştirak edib.
Çıxış edənlər körpələrə və kimsəsiz uşaqlara göstərilən yüksək qayğının daim böyük rəğbətlə qarşılandığını və ölkəmizdə prioritet məsələ sayıldığını vurğulayıblar. 
Görüşün sonunda uşaqlara müxtəlif növ geyim dəstləri və yeni dərs ilinin başlaması ilə əlaqədar məktəbli ləvazimatları təqdim olunub.
Tədbirdə Füzuli Dövlət Dram Teatrının kollektivi tərəfindən göstərilən müxtəlif səhnəciklər və konsert proqramı maraqla izlənilib.

Mənbə: https://mod.gov.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация