Rusiyanın Sverdlovsk vilayətinin Təhsil və Gənclər Siyasəti naziri ilə görüş

13-09-2019, 14:00
0
Жалоба

Təhsil nazirinin müavini Firudin Qurbanov Rusiyanın Sverdlovsk vilayətinin Təhsil və Gənclər Siyasəti naziri Yuri Biktuqanovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı nazir müavini “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq aparılan islahatlar və onların müsbət tendensiyaları barədə qonaqlara məlumat verib. Firudin Qurbanov son 15 ildə ölkəmizdə 3200-dən artıq ümumtəhsil müəssisəsinin tikildiyini və ya əsaslı şəkildə təmir edildiyini, müəssisələrinin maddi-texniki bazasının yeniləndiyini vurğulayıb. Nazir müavini bildirib ki, müəllimlərin fəaliyyətinin stimullaşdırılması istiqamətində mühüm addımlar atılıb, müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılıb və bu qiymətləndirilmədən müvəffəqiyyətlə keçən müəllimlərin əmək haqları artırılıb.
Nazir müavini Azərbaycanda rus dilində fəaliyyət göstərən və tərkibində rus bölməsi olan məktəblər haqqında məlumat verib, eyni zamanda hər il Rus dili fənni üzrə olimpiadanın uğurla keçirildiyini qeyd edib.
Firudin Qurbanov ölkəmizdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filiallarının uğurlu fəaliyyəti haqqında da danışıb. 
Nazir müavini həmçinin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsində əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini, bir çox istiqamətlər üzrə geniş əməkdaşlığın mövcudluğunu vurğulayıb və birgə həyata keçirilən layihələrlə bağlı tədbir iştirakçılarını məlumatlandırıb.
Sverdlovsk vilayətinin Təhsil və Gənclər Siyasəti naziri Yuri Biktuqanov Azərbaycanla təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib. Yuri Biktuqanov Sverdlovsk vilayətində yerləşən ali təhsil müəssisələri ilə ölkəmizin universitetləri arasında səmərəli dialoqun aparıldığını və artıq qarşılıqlı əməkdaşlıq haqqında bir neçə sənədin imzalandığını qeyd edib.
Görüş zamanı çıxış edən Rusiyanın birinci Prezidenti B.N. Yeltsin adına Ural Federal Universitetinin rektoru Viktor Kokşarov, Rusiya Dövlət Peşə-Pedaqoji Universitetinin rektoru Yevgeniy Dorojkin və Ural Dövlət Rabitə Xətləri Universitetinin nümayəndəsi Çingiz Lətifov təmsil etdikləri ali təhsil müəssisələri barədə geniş məlumat veriblər.
Daha sonra müştərək təşəbbüslərin irəli sürülməsi və icra edilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Mənbə: https://edu.gov.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация