SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramı çərçivəsində talassemiyalı xəstələr üçün növbəti qanvermə aksiyası keçiriləcək

13-09-2019, 15:00
0
Жалоба




GÜNDƏLİK.İNFO xəbər verir ki,  qanvermə “Azərikimya” İB-nin dəvəti ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadası tərəfindən müayinə edildikdən və yerindəcə təşkil olunmuş səyyar laboratoriyada yoxlanıldıqdan sonra aparılacaq.

Sizi 17 sentyabr 2019-cu il tarixində  minlərlə insan üçün həyati əhəmiyyət daşıyan bu könüllü hümanitar aksiyada iştirak etməyə dəvət edir və saat 9:00-dan 13:00-adək “Azərikimya” İstehsalat Birliyinin akt zalında gözləyirik.

İnanırıq ki, qəlbinizin səsinə qulaq asaraq, bu xeyirxah addıma qoşulmaq istəyəcəksiniz.

Öncədən hər birinizə dərin təşəkkürümüzü bildiririk.


Ünvan: Sumqayıt ş., Səməd Vurğun küç. 86.
"Azərikimya" İB-nin inzibati binası.
 
Əlaqə üçün: +994 50 843 10 35 


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация