"Azərikimya” İstehsalat Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Əsrin müqaviləsi”nin 25 illiyinə, Neftçilərin peşə bayramına və Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr olunmuş mini futbol turnirinə yekun vurulmuşdur

13-09-2019, 15:30
0
Жалоба

GÜNDƏLİK.İNFO xəbər verir ki, turnirdə “Azərikimya” İB-nin idarəetmə aparatının, Etilen-polietilen zavodunun, Təmir-Tikinti İdarəsinin, “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin, Sumqayıt Asan Xidmət Mərkəzinin, Respublika “Qizil Aypara” Cəmiyyəti Sumqayıt şəhər bölməsinin, Sumqayıt şəhər Gənclər Mərkəzinin, FHN DYMX Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin, Regional Mədəniyyət İdarəsinin, şəhər polis idarəsinin, Hacı Zeynalabdin qəsəbə bələdiyyəsinin, Sumqayıt futbol klubunun, Su-kanal idarəsinin və “Etalon Security” MMC-nin komandaları da daxil olmaqla 16 komanda iştirak edirdi.

Komandalar hər birində 4 komanda olmaqla 4 qrupda yarışırdılar.

Etilen-polietilen zavodunun balansında olan Sumqayıt şəhər stadionunun meydançalarda keçirilən, Sumqayıtın futbol üzrə tanınmış hakimlər heyəti tərəfindən idarə olunan, bir həftə davam edən, maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda FHN DYMX Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin komandası turnirin qalibi olmuşdur. Respublika “Qizil Aypara” Cəmiyyəti Sumqayıt şəhər bölməsinin və “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutmuşlar.

Qaliblər “Azərikimya” İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən qiymətli hədiyyələr və fəxri fərmanlarla təltif edilmişdir.

“Etalon Security” MMC-nin komandasına isə turnirdə fəal iştirak etdiyinə və dördüncü yerə çxdığına görə xüsusi diplom təqdim edilmişdir.


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация