Son dəqiqə:

Ötən il ölkəmizdə 123 mindən çox xəstə müalicə ocaqlarına üz tutub

27-09-2019, 03:30
42 dəfə Oxundu.

Ötən il ölkəmizdə 123 mindən çox xəstə müalicə ocaqlarına üz tutub

Ötən il ərzində ölkəmizdə 123, 6 min nəfər xəstələnib. Onlardan 67,3 min nəfəri tənəffüs sistemi xəstəlikləri ilə əlaqədar müalicə alıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ən çox müraciət olunan xəstəliklər sırasında sinir sistemi və hissiyyat orqanlarının xəstəlikləri də aparıcı yer tutub. Həkimə müraciət edənlərin 16, 4 min nəfəri məhz həmin səbəblə əlaqədar olub.
İl ərzində 6,5 min nəfər həzm sistemi, 5,2 min nəfər yoluxucu və parazitar xəstəliklərlə əlaqədar şəfa ocaqlarına üz tutub. Xəstələrin qalan hissəsi digər xəstəliklərdən müalicə alıb.

Mənbə: https://azertag.az



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam