Son dəqiqə:

Azərbaycanın bu il ən çox məhsul idxal etdiyi İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr açıqlanıb

27-09-2019, 04:00
101 dəfə Oxundu.

Azərbaycanın bu il ən çox məhsul idxal etdiyi İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr açıqlanıb

Azərbaycanın cari ilin 8 ayında ən çox məhsul idxal etdiyi İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr sırasında ilk üçlükdə Türkiyə, İran və Qazaxıstan qərarlaşıb.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, Türkiyədən idxalın dəyəri 974 milyon 996 min dollar, İrandan 340 milyon 719 min dollar, Qazaxıstandan isə 150 milyon 874 min dollar təşkil edib.
Azərbaycan ötən ilin müvafiq dövrünə nisbətən hər üç ölkədən idxalı azaldıb. Türkiyədən idxalın dəyərində 27 milyon 541 min dollar, İrandan 161 milyon 148 min dollar, Qazaxıstandan isə 31 milyon 108 min dollar azalma müşahidə olunub.

Mənbə: https://azertag.az



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam