Gəncədə mindən çox abonentin təbii qaz təchizatı dayandırılıb

29-09-2019, 01:00
94 dəfə Oxundu.

Gəncədə mindən çox abonentin təbii qaz təchizatı dayandırılıb


Gəncə şəhərinin T.Arani küçəsində su xətlərinin çəkilişi ilə məşğul olan təşkilata məxsus texnika qazıntı işləri apararkən diametri 110 millimetrlik qaz xəttini zədələyib. Səhər saatlarından həmin ərazidə mindən çox abonentin qaz təminatı dayandırılıb. Qaz təchizatının saat 12:00 radələrində bərpası planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Mənbə: https://azertag.az

Ən çox oxunan 5 xəbər


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam